Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın hərracında tələb 600 milyonu ötdü

© pixabay / Daniel_B_photosHərrac, arxiv şəkli
Hərrac, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

BAKI, 18 iyun — Sputnik. Bu gün Mərkəzi Bank (MB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

MB-dən Sputnik Azərbaycan-a məlumat veriblər ki, depozit hərracında tələb 672,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.

Qeyd edək ki, hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulurdu.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

Xəbər lenti
0