CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəqədər hazırlıq – valideyinlər nəyə diqqət yetirməlidir

Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bu qruplarda hazırlıq prosesi keçməsi çox vacibdir
Məlahət Mürşüdlü: “Proqramların və təhsilin məzmunu bunu tələb edir”

Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir. Bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, məktəbəhazırlıq qruplarına maraq çox böyükdür: “İlbəil bu tendensiyanın artmasını müşahidə edirik. Proqramların və təhsilin məzmununun yeni olması bunu tələb edir. Ona görə də məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bu qruplarda hazırlıq prosesi keçməsi çox vacibdir. Artıq beş ildir ki, bu qruplar açılıb. Layihənin tətbiq olunduğu məktəblərin, şagirdlərin sayının artmasını görürük”.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0