Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İranla razılığa gəldik: daha bir şəhərlə müntəzəm get-gəl olacaq

© Photo : APAAvtovağzal
Avtovağzal - Sputnik Azərbaycan
Abunə olmaq
İkitərəfli görüş zamanı əldə edilən ən vacib razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişindaşıma marşrutunun açılması olub.  

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 18 iyun — Sputnik. "Bakı-Məşhəd" müntəzəm sərnişindaşıma marşrutunun açılması barədə razılıq əldə edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış "Beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin 13-cü bəndinə əsasən, beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası 2019-cu ilin iyun ayında Bakı şəhərində keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi cənab Mənuçehr Salmanzadə rəhbərlik edib.

İkitərəfli görüş zamanı əldə edilən ən vacib razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişindaşıma marşrutunun açılması olub.

Xəbər lenti
0