BAKI, 18 iyun — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı ölkənin ən böyük vilayətlərindən biri olan Ahala qubernator təyin edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Bu ilin yanvarında 37 yaşlı Sərdar Berdiməhəmmədov vilayətin qubernatoruna müavin təyin olunmuşdu. Daha əvvəllər Sərdar xarici işlər nazirinin müavini və deputat kimi də işləyib. Onu həmçinin atasının varisi kimi də qiymətləndirirlər.
Azadlıq Radiosunun yerli bürosunun yazdığına görə, rəsmi məlumatlarda Sərdarı xalqın oğlu, onun prezidentlə ictimaiyyət önündə görünməsini isə nəsil dəyişməsinin simvolu kimi dəyərləndirirdilər. Sərdar həmçinin atasının bir neçə rəsmi səfərlərində iştirak edib və danışıqlar aparıb.