CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya Bakıda beynəlxalq təşkilatla turizmlə bağlı mühüm saziş imzalayıb

© Sputnik / Murad Orujov110-я сессия Исполнительного совета Всемирной туристской организации ООН (ЮНВТО)
110-я сессия Исполнительного совета Всемирной туристской организации ООН (ЮНВТО) - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ilə UNWTO arasında Təşkilatın Baş Assambleyasının 23-cü sessiyasının Sankt-Peterburqda keçirilməsi barədə saziş imzalanıb

BAKI, 18 iyun — Sputnik. Bu gün Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 110-cu sessiyası öz işini başa vurub.

Bu tədbirin Bakıda keçirilməsi barədə qərar 23-25 may tarixlərində təşkilatın İcraiyyə Şurasının İspaniyanın San-Sebastyanda keçirilən 108-ci sessiyasında qəbul olunub.

© Sputnik / Murad OrujovBMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 110-cu sessiyası
Rusiya Bakıda beynəlxalq təşkilatla turizmlə bağlı mühüm saziş imzalayıb - Sputnik Azərbaycan
BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 110-cu sessiyası

Azərbaycan UNWTO İcraiyyə Şurasında 2013-cü ildən təmsil olunur və qərar qəbuletmə prosesində fəal iştirak edir.

Tədbir çərçivəsində Rusiya ilə UNWTO arasında Təşkilatın Baş Assambleyasının 23-cü sessiyasının 2019-cu il 9-13 sentyabr tarixlərində Sankt-Peterburqda keçirilməsi barədə saziş imzalanıb.

RF adından müqaviləni Turizm üzrə Federal Agentliyin (Rosturizm) rəhbəri Zarina Doquzova, UNWTO adından isə təşkilatın baş katibi Zurab Pololikaşvili imzalayıb.

Razılaşmanın imzalanmasından əvvəl tədbirdə çıxış edən Doquzova xatırladıb ki, 2017-ci ilin sentyabrında Çinin Çendu şəhərində UNWTO-nin Baş Assambleyasının 22-ci sessiyasında Baş Assambleyanın 23-cü sessiyasının keçirilmə yeri kimi Sankt-Peterburq seçilib. Elə Çenduda iştirakçı ölkələrin səsverməsindən sonra Rusiya iki illik fasilənin ardından təşkilatın İcraiyyə Şurasının heyətinə geri qayıdıb. 

© Sputnik / Murad OrujovUNWTO-nun baş katibi Zurab Pololikaşvili
Rusiya Bakıda beynəlxalq təşkilatla turizmlə bağlı mühüm saziş imzalayıb - Sputnik Azərbaycan
UNWTO-nun baş katibi Zurab Pololikaşvili

 

Bununla əlaqədar olaraq, Doquzova həm Rusiya, həm də şəxsən öz adından UNWTO İcraiyyə Şurasının və Baş Assambleyasının üzvlərinə göstərdikləri etimada görə minnətdarlıq edib.

"Qeyd etmək istəyirəm ki, Rusiya üçün Baş Assambleya strateji vacib hadisədir və biz onun yüksək səviyyədə keçməsi, təşkilata üzv olan ölkələrin bütün nümayəndələri tərəfindən daim yaxşı xatırlaması üçün əlimizdən gələni edəcəyik" - deyə Agentliyin rəhbəri bildirib.

Doquzova daha sonra beynəlxalq tədbiri keçirmək üçün Rusiya tərəfinin Sankt-Peterburqda gördüyü işlərdən danışıb.

Bununla yanaşı, Doquzova turizmin humanitar və sosial rolunu qeyd edib. Deyib ki, turizm xalqları birləşdirməli, tarixi və mədəni əlaqələri möhkəmlətməli, ən müxtəlif mədəniyyətlərdən olan insanların bir-birinə simpatiya bəsləməsinə şərait yaratmalı, kasıblıq, ksenofobiya, iqlim dəyişməsi və s. kimi neqativ hallarla mübarizə aparmalıdır.

"Rusiyaya gəlincə, biz istərdik ki, bütün dünyadan mümkün qədər çox insan bizim ölkədə özləri üçün təbii və mədəni müxtəliflik kəşf edə bilsinlər" - deyə agentliyin rəhbəri bildirib. O əlavə edib ki, bu mənada Rusiya dialoqa, təcrübə mübadiləsinə və birgə təşəbbüslərə açıqdır. Eyni zamanda dünya turizm sahəsinin qarşısında duran qlobal məsələlərin həllində iştiraka hazırdır.

UNWTO Baş Assambleyası dünya turizm sənayesi üçün böyük hadisədir. Bu tədbirə BMT-nin bayrağı altında 150-dən çox ölkədən nümayəndə toplaşır və onlar turizm sahəsinin qarşısında duran qlobal problemlərin həlli istiqamətində addımlar atırlar. Rusiya tarixdə ilk dəfə UNWTO-nun əsas tədbirini qəbul edəcək.

UNWTO Baş Assambleyasının 23-cü sessiyasının keçirilməsi Rusiyanın qlobal turizm təyinatlı ölkə kimi təqdim olunmasına müsbət təsir göstərəcək. Eyni zamanda dünyanın 150-dən çox ölkəsinin turizm nazirləri Rusiyanı öz gözləri ilə görmək, ölkənin turizm potensialını qiymətləndirmək imkanı qazanacaqlar. UNWTO-nun qonaqlarını qəbul edəcək Sankt-Peterburq turizm sahəsinin inkişafına qlobal yanaşmanın müzakirə olunacağı dünyanın turizm paytaxtlarından birinə çevriləcək.

Xəbər lenti
0