Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Ziko” Kürdəmirdə iş başında tutuldu

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şıxəliyev Ziyad Xasay oğlu maddi sübutlarla birlikdə istintaqa təhvil verilib

BAKI, 17 iyun — Sputnik. Kürdəmir şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş "Ziko" ləqəbli oğru saxlanılıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda jurnalist dövlətə xəyanət ittihamı ilə həbs edilib

Kürdəmir rayon sakini Səlimov Səbuhi Ağasəlim oğlu Kürdəmir RPŞ-ya ərizə ilə müraciət edərək, yaşadığı evin qarşısında olan anbardan ona məxsus avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib. Həmçinin Kürdəmir şəhər qəbiristanlığından Məhərrəm İbrahimova məxsus bir ədəd su çəni və bununla yanaşı Kürdəmir rayon telekommunikasiya qovşağına məxsus 4 ədəd kanalizasiya qapağı oğurlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni törədən şəxs 34 yaşlı şəhər sakini Şıxəliyev Ziyad Xasay oğludur. O, maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. İbtidai istintaq zamanı məlum olub ki, Ziyad Şıxəliyev qeyd olunan cinayətlərlə yanaşı, daha iki oğurluq hadisəsi də törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti
0