Bu ilin aprelində problemli kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.
İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, ümumilikdə problemli kreditlərin həlli prosesinin idarə olunmasını məqbul hesab etmək olar:
“Baxmayaraq ki, proses bəzi texniki qüsurlarla yadda qaldı. Bunu da prosesin miqyasının genişliyindən dolayı anlayışla qarşılamaq olar. Çünki 800-900 min subyektə aid əməliyyatların həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu proses göstərdi ki, Azərbaycan bank sisteminin hesabatlılığı kifayət qədər adekvat və şəffaf deyil. Əgər hesabatlılıq qaydasında olsa idi, qısa müddət ərzində bu qədər iş yükü formalaşmayacaqdı. Ümid edirik ki, növbəti addımlarda yüksək məbləğli kredit götürmüş şəxslərin problemlərinin həllinin mexanizmlərinin yaradılmasını müşahidə edəcəyik”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz