Misirin keçmiş prezidenti vəfat etdi

© REUTERS / Ahmed JadallahБывший Президент Египта Мухаммед Мурси
Бывший Президент Египта Мухаммед Мурси - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Mursi məhkəmə prosesi zamanı ölüb

BAKI, 17 iyun — Sputnik. Misirin keçmiş prezidenti Məhəmməd Mursi vəfat edib. Sputnik Azərbaycan “Əl-Əhram” portalına istinadla xəbər verir ki, Mursi casusluqla bağlı məhkəmə prosesi zamanı vəfat edib.

“Müsəlman qardaşları”nın keçmiş liderlərindən olan Mursi 2011-ci ildə “ərəb baharı” zamanı həbsxanalardan kütləvi qaçış və toqquşmaların təşkil edilməsi ilə bağlı məhkəməyə də cəlb edilib.

Professor Misir Mərdanov - Sputnik Azərbaycan
ELM
Keçmiş nazir Misir Mərdanov iddiasını ortaya qoydu

Məhkəmə bundan əvvəl Mursinin barəsində ölüm hökmü çıxarmışdı. Lakin kasasiya məhkəməsi bu qərarı ləğv edərək, “sübut bazasında boşluqlar” səbəbindən işi yenidən baxılmağa göndərmişdi.

Eks-prezident və onun daha 26 tərəfdaşı 2011-ci ilin əvvəlində həbsxanalara hücumda, eləcə də həbsxanaları qoruyan polis əməkdaşlarını öldürməkdə ittiham edilirdilər.

Qeyd edək ki, Misirin keçmiş prezidenti Hüsni Mübarəkin devrilməsində aktiv rol oynayan Mursi 2012-ci ilin iyununda keçirilən prezident seçkilərində qalib gələrək ölkəni idarə etməyə başlayıb. Amma onun prezidentliyi cəmi 1 il çəkib. Ordunun ölkədə həyata keçirdiyi növbəti çevriliş nəticəsində 2013-cü ilin iyulunda hakimiyyətdən kənarlaşdırılaraq həbs edilib.

Xəbər lenti
0