BAKI, 17 iyun — Sputnik. Türkiyənin Bodrum kurort şəhərinin sahillərində qanunsuz mühacirləri daşıyan gəmi batıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həlak olub.
Gəminin göyərtəsində 40-dan çox mühacirin olduğu güman edilir. Dənizçilər onlardan 31-i xilas edə bilib.
Axtarış-xilasetmə əməliyyatına sahil mühafizə xidmətinin katerləri, helikopter və dalğıc dəstəsi cəlb olunub.