SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN: Ermənistanın məntiqini anlamaq çətindir

© REPORTLeyla Abdullayeva
Leyla Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Leyla Abdullayeva Ermənistanın bəyanatına münasibət bildirib

BAKI, 17 iyun — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Müdafiə Nazirliyinin işğal altında olan Dağlıq Qarabağ regionunda 10 min hərbçinin iştirakı ilə təlimlər keçirdiklərinə dair bəyanatına münasibət bildirib.

Руководитель пресс-службы МИД Азербайджана Лейла Абдуллаева - Sputnik Azərbaycan
SİYASƏT
XİN: "Ümid edirik ki, Vaşınqton görüşündə tərəflər daha konkret nəticələr əldə edəcəklər"

Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələ ilə bağlı açıqlamasında Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətinlik çəkdiyini deyib:

"Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən Müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? - sualı ilə müraciət etməli oluruq".

Xəbər lenti
0