BAKI, 17 iyun — Sputnik. Nigeriyanın şimal-şərqində 3 terror aktı baş verib.
Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadla məlumatına görə, ard-arda baş vermiş partlayışlar terrorçu kamikadzelər tərəfindən törədilib.
Terror aktları nəticəsində azı 30 nəfərin öldüyü, daha 40 nəfərin yaralandığı bildirilir. Hücum Borno ştatının Konduqa şəhərində futbol matçlarının böyük ekranlarda nümayiş olduğu əyləncə zalının həyətində bir neçə terrorçu-kamikadze tərəfindən törədilib.
Daha bir terrorçu kamikadzenin üzərindəki partlayıcının işə düşmədiyi səbəbindən saxlanıldığı deyilir. Onun qadın olduğu bildirilir.