BAKI, 17 iyun - Sputnik. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, eks-deputat Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.
BakuPost.az-ın xəbərinə görə, E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. O, məktubunda oğluna artıq onun atası olmadığını deyib, hətta cənazəsinə belə gəlməməyini tapşırıb.
Məktubu Rüfət Səfərovun özü yayıb.
Qeyd edək ki, R.Səfərov keçmiş müstəntiqdir. O, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış, daha sonra isə həbs edilmişdi. Uzun müddət həbsdə qalan R.Səfərov ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxmışdı.
Eldar Sabiroğlunun oğlundan imtina məktubunu təqdim edirik:
© bakupost.azEldar Sabiroğlunun oğlu Rüfət Səfərova açıq məktubu
Eldar Sabiroğlunun oğlu Rüfət Səfərova açıq məktubu
© bakupost.az