BAKI, 16 iyun — Sputnik. Tovuz rayonunun Azaflı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında meyit tapılıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, meyit Tovuz rayon Bayramlı kənd sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Məqsəd Kamandar oğluna məxsusdur.
Onu avtomobil vurduğu güman edilir.
Faktla bağlı araşdırma aparılır.