BAKI, 16 iyun — Sputnik. Ahıl yaşda sağlamlığı qorumağın ən sadə yolu açıqlanıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Yaponiya və ABŞ alimləri müəyyən edib ki, piyada gəzmək qadınları ciddi xəstəliklərə yoluxmaqdan qoruyur və fiziki formanı yaxşı saxlamağa yardım edir.
Ancaq yaxşı nəticə əldə etmək üçün gün ərzində 7000 -ə yaxın addım atılmalıdır.
Qeyd edilən araşdırma 1993-2004-cü illərdə keçirilib və bu araşdırmada 40 min qadın iştirak edib. Qadınların orta yaş 72 olub.
Layihənin iştirakçıları mütəmadi olaraq öz fiziki aktivliklərini qoruyublar.
Araşdımanın nəticələrini təhlil edən mütəxəssislər bildirib ki, 4,4-7,5 addım şəxslərin ürək-damar sistemlərinin vəziyyəti yaxşılaşıb və erkən ölüm səviyyəsi azalıb.
Ancaq bu göstəricini keçən iştirakçıların vəziyyəti pisləşib.