CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternetin beynimizə qorxulu təsirləri

CC0 / CITYEDV / LTEАнтенна LTE
Антенна LTE - Sputnik Azərbaycan
Abunə olmaq
Dəhşətli təsirlərin fəsadını bilmirik, illər sonra hiss edəcəyik

BAKI, 16 iyun — Sputnik. İnternetdən həddindən çox istifadə diqqətin cəmləşmə müddətinin azalmasına və yaddaşın pisləşməsinə gətirib çıxarır.

Sputnik Azərbaycan xəbər verir ki, internetin insanın psixi salamlığına və zehni bacarıqlarına təsirinə dair onlarla elmi işi analiz etmiş Oksford və Harvard universitetlərinin, London Kral Kollecinin və Qərbi Sidney Universitetinin alimlərindən ibarət tədqiqat qrupu bu nəticəyə gəlib.

İnternet - Sputnik Azərbaycan
İnternet üçün ödəniş sistemində dəyişiklik edildi

İnternetdə işləyərkən ekranda peyda olan bildirişlər, mesajlar, endirim təklifləri və digər diqqəti yayındıran faktorlar beynin fəaliyyətinə bir-başa təsir edir. Xüsusilə də onlayn şoppinqdən sonra diqqəti cəmləmək qabiliyyəti zəifləyir. Lakin internetdən kənar fəaliyyət, məsələn kağız jurnal oxumaq belə bir təsir göstərmir.

"İnternetdən gələn sonsuz sorğu və bildiriş axını bizi diqqətimizi parçalamağa məcbur edir. Bu isə öz növbəsində diqqəti bir iş üzərində cəmləmək qabiliyyətimizi zəiflədə bilər", - Qərbi Sidney Universitetinin böyük elmi işçisi Cozef Fert deyib.

Onun sözlərinə görə, onlayn rejimdə bir işdən digərinə daim fikri yönəltmək üçün daha çox zehni güc sərf etmək lazım olur.

Digər bir risk onunla bağlıdır ki, internet artıq "xarici yaddaş"a çevrilir: insanlar informasiya mənbəyi kimi smartfona daha çox güvənirlər.

Lakin insan tapılmış informasiyanı yox, onu harada tapdığını daha yaxşı yadda saxlayır. Məsələn, tədqiqatlardan birinin iştirakçıları informasiyanı kağız ensiklopediyaya nisbətən internetdə daha tez tapıblar, lakin oxunmuş məlumatı yadda saxlaya bilməyiblər.

Bundan başqa, internet insanların özlərini aldadaraq olduqlarından daha ağıllı hiss etmələrinə səbəb olur.

Xəbər lenti
0