BAKI, 15 iyun — Sputnik. İndoneziyanın Maluku adlanan ərazisində 6.4 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda ölkənin Metrologiya, İqlim və Geofizika qurumu məlumat yayıb. Bildirilir ki, zəlzələ yerin 144 kilometr dərinliyində baş verib. İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
Xatırladaq ki, ötən ilin sentyabrında baş verən 7.5 bal gücündə zəlzələ 4 min 340 nəfərin həyatına son qoymuşdu.