BAKI, 15 iyun — Sputnik. Türkiyənin Antalya vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində Rusiya və Özbəkistandan olan yeddi turist xəsarət alıb.
Sputnik Azərbaycan “Habertürk”ə istinadən xəbər verir ki, qəza turistləri daşıyan mikroavtobusun qarşıdan gələn avtomobillə toqquşması nəticəsində baş verib.
Ümumilikdə qəzada 11 nəfər xəsarət alıb.
Yaralıların xəstəxanalara çatdırıldığı, onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.