Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni növ kassa aparatları tətbiq olunacaq

© AP Photo / Francisco SecoKassa aparatı
Kassa aparatı - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 1-dən nağdsız qaydada ödənişin əlavə dəyər vergisinin 15 faizinin, nağd qaydada əlavə dəyər vergisinin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib

BAKI, 15 iyun - Sputnik. "Azərbaycanda yeni nəsil kassa-nəzarət aparatlarının tətbiqi nəzərdə tutulur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib.

Сканирование штрих-кодов - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda yeni nəsil kassa aparatları ilə bağlı mühüm yenilik

Nazir bildirib ki, yanvar ayının 1-dən nağdsız qaydada ödənişin əlavə dəyər vergisinin 15 faizinin, nağd qaydada əlavə dəyər vergisinin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib: "Hazırda bu prosedurun başlanılması üçün təşkilati işlər davam edir. Burada müəyyən məsələlərin sürətləndirilməsinə ehtiyac var. Biz həmkarlarımızla, ilk növbədə Maliyyə Nazirliyi ilə sıx çalışırıq. İnanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq".

Nazir qeyd edib ki, bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə POS-terminallardan istifadə edən, ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə əlavə vergi güzəştləri müəyyən edilib: "2019-cu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır".

Xəbər lenti
0