CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağ evində bir ton "sərvət" yetişdirdi

© Sputnik / Shahperi AbbasovaMuğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub
Muğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Üç istixanada 7190 ədəd çətənə kolu aşkar edildi

BAKI, 14 iyun — Sputnik. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Əliyevin qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi 1800 kvadrat metr olan 3 istixanaya baxış keçirilən zaman ümumi çəkisi 1 ton 104 kiloqram olan 7190 ədəd çətənə kolu aşkar edilib.

V.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı V.Əliyevə məxsus istixanalardan əlavə olaraq satış üçün nəzərdə tutulan qurudulmuş formada 5 kiloqram 100 qram marixuana da aşkar edilərək götürülüb. Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0