İranlı deputat tankerlərə hücumda ABŞ-ı günahlandırdı

© © ISNA/Handout via REUTERSВзрыв в топливном танкере, фото из архива
Взрыв в топливном танкере, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən əminəm ki, ABŞ-ın Fars körfəzində, Oman körfəzində və Yaxın şərqdəki siyasəti gərginliyin yaradılmasına yönəlib. ABŞ regionda son on illər ərzində bu siyasəti yürüdüb", - deyə Borucerdi bildirib.

BAKI, 14 iyun — Sputnik. ABŞ iyunun 13-ü Oman körfəzində iki tankerə edilmiş hücumda torpedalardan və ya sualtı minalardan istifadə edildiyi ehtimalını səsləndirib.

Belə ki, ABŞ Dövlət katibi Mayk Pompeo mətbuat nümayəndələrinə açıqlamasında İranı ərazidə minalar quraşdırmaqda günahlandırıb. Onun sözlərinə görə, "Kokuka Courageous" və "Front Altair" tankerləri minaların partlaması nəticəsində xəsarət alıb.

Yanan gəmi - Sputnik Azərbaycan
İran ətrafında vəziyyət gərginləşir, ABŞ Oman körfəzinə "Mason"u göndərir

Bundan başqa, ABŞ hadisə yerindən yaydığı video görüntülərdə iddia edib ki, iranlı hərbçilər zərər görmüş tankerdən partlamamış mina çıxarıblar. Vaşinqton bunu insidentdə İranın günahının olduğunun "sübutu" adlandırıb.

İranlı deputat, Milli təhlükəsizlik və xarici siyasət komissiyasının keçmiş rəhbəri və hazırki üzvü Əlaəddin Borucerdi Sputnik-ə deyib ki, bu insidentlər ABŞ-ın Yaxın Şərqdə, Fars və Oman körfəzlərində sabitliyi pozmaq və orada öz təsirini gücləndirmək siyasətinin davamıdır.

"Bu hərəkətlər çox şübhəlidir. Mən əminəm ki, ABŞ-ın Fars körfəzində, Oman körfəzində və Yaxın şərqdəki siyasəti gərginliyin yaradılmasına yönəlib. ABŞ regionda son on illər ərzində bu siyasəti yürüdüb. Bu (İranı günahlandırmaq – red.) yalnız ABŞ-a sərfəlidir. Mən ABŞ xarici işlər nazirliyinin İrana dair yalan bəyanatlarını qınayıram və təkzib edirəm. Bu hadisələr ABŞ-ın özü tərəfindən başladılıb. Onlar daha çox silah satmaq, daha çox baza yaratmaq və regionda iştiraklarını artırmaq üçün regionu təhlükəli hala gətirmək istəyirlər. ABŞ-ın siyasəti aydındır. Əks halda nə üçün son on illər ərzində bu cür ciddi insidentlər baş verməyib. İndi isə biz Fuceyrada, o cümlədən tankerlərlə baş vermiş bu xoşagəlməz və təkrarlanan hadisələrin şahidi oluruq", - deyə Borucerdi bildirib.

Xəbər lenti
0