Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda qan donoru olan şəxslərin sayı artıb

© Sputnik / Irade JELILƏjdərbəy məscidində qanvermə aksiyası keçirilib
Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün ümumdünya qan donoru günüdür

BAKI, 14 iyun — Sputnik. Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Bu il Ümumdünya qan donoru kampaniyası "Başqalarını düşün. Qan ver. Həyatla bölüş" şüarı altında keçirilir və ictimaiyyətin diqqətini qan donorluğunun insan həyatını xilas edən xeyirxah addıma cəlb edir. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, insan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur və bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır (zədələnmə, xəstəlik hallarında). Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirər: "Bu baxımdan, donorun özünün 400 milliqram qanı ilə tam bir həyat xilas etməsi barədə deyim tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallar ilə üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qaz mübadiləsini təmin edir".

"Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi ilbəil donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb. Nəticədə, 2017-ci ildə Respublika üzrə donor sayı 84937 nəfər, Mərkəzi Qan Bankı üzrə donor sayı 44957 nəfər, tədarük edilən qanın miqdarı 40345 litr (40 ton 345 litr), Mərkəzi Qan Bankı üzrə 21354 litr (21 ton 354 litr) olub" - deyə nazirlikdən verilən məlumatda bildirilib.

Qeyd edək ki, hər il iyun ayının 14-ü bütün dünyada olduğu kimi ölkəmizdə də qan donorları günü qeyd olunur. Bu il Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı da ənənəyə sadiq qalaraq Ümumdünya Qan Donoru Gününü təntənəli şəkildə qeyd edib. Tədbir Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə keçirilib.

Xatırladaq ki, bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.

 

 

Xəbər lenti
0