TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat

Abunə olmaq
Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub

BAKI, 14 iyun - Sputnik. “101 il əvvəl Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, bildirib ki, TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə fəallıq göstərir: “Son illərdə hələ də qadınlar zorakılığa məruz qalırlar. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”.

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Suraxanıda qadın narkotacir saxlanılıb

“Türk dilli xalqlar daima qadınlara əvəzolunmaz varlıq kimi yanaşıb. Türk dilli xalqların həyatında qadınlar kişilərlə bərabər ailədə söz sahibi olub, dövlət idarəçiliyində layiqincə təmsil olunublar”-deyə o qeyd edib.

TÜRKPA-nın baş katibinin sözlərinə görə, gender bərabərliyi sahəsində türk dilli ölkələrinin qanunvericiliyi sahəsində fikir mübadiləsi aparılmalıdır.

"Bu gün Azərbaycanda qadın təşkilatlarının sayı 200-dən çoxdur və bu da qadınlar üçün geniş imkanlar açır". Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

Komitə sədri bildirib ki, ölkəmizdə 8 regionda qadın resurs mərkəzləri sistemli fəaliyyət göstərir: "Sahibkarlar arasında qadınların sayı 30 faizdən çoxdur. Qadınlar bələdiyyə sisteminə cəlb edilirlər. Hazırda bələdiyyə sistemində çalışan işçilərin 35 faizdən çoxu qadındır". 

H.Hüseynova onu da vurğulayıb ki, Azərbaycanda qadınlar 101 il əvvəl seçmək və seçilmək hüququ əldə ediblər: "Bir çox Avropa ölkələri qadınlara bu hüququ Azərbaycandan sonra verib. Azərbaycan qadınları ictimai-siyasi həyatda uğurlu yol keçiblər".

Xəbər lenti
0