BAKI, 14 iyun — Sputnik. "Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynova açıq-saçıq surətdə videoçarxa çəkilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, model bu videonu özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Burada Hüseynova nəinki öz bədəninin gözəlliyini, həm də rəqqasəlik məharətini nümayiş etdirib.
Hüseynova izləyicilərindən onun çarxını qiymətləndirməyi xahiş edib. İzləyiciləri isə modelin hərəkətlərindən zövq alıblar və onu kompliment yarışına tutublar. Doğrudur, onun videosunu tənqid edənlər də tapılıb, lakin model buna görə kefini pozmayıb və tənqidlərə heç bir reaksiya verməyib.
Çarxın müəllifi Natiq Yazoğludur.
Səmra Hüseynova artıq on ildir ki, Azərbaycanın model biznesindədir. O, bir çox beynəlxalq və yerli moda layihələrində, dünyanın məşhur dizaynerlərinin işlərinin nümayişlərində iştirak edib. Həmçinin uzun müddət xaricdə işləyib. 2019-cu ildə Hüseynova "Miss Azərbaycan" titulunun sahibi olub.