Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 14 iyun — Sputnik. Paytaxtın Yasamal rayonundakı dəhşətli intihar hadisəsinin detalları məlum olub. Bakı şəhər prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 14-də paytaxtın Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində yerləşən binaların birinin 10-cu mərtəbəsində yaşayan ana və qızı intihar edib. İntihar edən şəxslərin kimliyi bəllidir. Onlardan biri 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva, digəri isə qızı, 1990-cı il təvəllüdlü Xədicə Mahmudova olub. Onlar yaşadıqları mənzildən özlərini ataraq intihar ediblər.
Prokrorluğun məlumatına əsasən, bununla bağlı olaraq Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci, yəni “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə məhkəmə, müvafiq ekspertizalar təyin olunub, hadisənin baş vermə səbəblərinin müəyyənedilməsui istiqamətində zəruri istintaq işləri davam etdirilir.
Qeyd edək ki, intihar edən R.Allahverdiyeva "Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı, X.Mahmudova isə qızıdır.