CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə yenilik: "Pyotr Velikiy" Bakıya da gələcək

© Sputnik / Murad OrujovБакинский приморский бульвар, фото из архива
Бакинский приморский бульвар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə Xəzəryanı beş dövləti əhatə edəcək

BAKI, 13 iyun — Sputnik. Rusiyanın təşəbbüsü ilə Xəzər dənizində kruizlərin təşkili ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

© Sputnik / Murad OrujovMilli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə
Xəzərdə yenilik: Pyotr Velikiy Bakıya da gələcək - Sputnik Azərbaycan
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə

O, qeyd edib ki, həmin gəmi "Pyotr Velikiy" gəmisidir və Rusiyada hazırlanır: "Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri çərçivəsində həmin məsələyə qayıdıb və Rusiyadakı tərəfdaşlardan tələb edib ki, bu iş tezləşdirilsin. Biz Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparırıq. Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizin 2020-ci ildə başlanması gözlənilir. Bu, Xəzəryanı beş dövləti əhatə edəcək".

K. Quluzadənin sözlərinə görə, layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək: "Əlbəttə, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun".

Xəbər lenti
0