CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil müəssisələrinin qeydiyyatına görə dövlət rüsumu azaldılıb

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun yüksək olduğunu söyləmişdilər

BAKI, 13 iyun – Sputnik. Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri azaldılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı parlamentin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə baxılıb.

Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil eksperti yenə maraqlı məqama toxundu

Qanun layihəsinə təklif olunan 32-1 maddəyə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumitəhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatlar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun yüksək olduğunu söyləmişdilər.

Birinci oxunuşda akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumunun tutulması qeyd edilmişdi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0