BAKI, 13 iyun — Sputnik. "Kollecləri 2010-cu ildən sonra ingilis dili müəllimliyi ixtisası üzrə bitirənlər Dillər Universitetini seçə bilməzlər".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər: "Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər".