Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət rəsmisi: “Beynəlxalq nəqliyyat layihələri Azərbaycanın mövqeyini möhkəmləndirir”

© AZİMDövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov deyir ki, nəqliyyat sahəsinin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət daşıyır
Həbib Həsənov: “Builki sərgidə böyük nəticələr əldə olunacaq”

Bakıda 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” Sərgisi keçirilir. “Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsinin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət daşıyır: “Ötən ildən fərqli olaraq bu il iştirak edən ölkələrin sayı artıb. Sərgidə dövlət orqanları ilə yanaşı özəl sektorun da iştirakı gözlənilir. Düşünürük ki, builki sərgidə böyük nəticələr əldə olunacaq. Bu sərginin ən böyük özəlliyi isə ölkəmizin həyata keçirdiyi irimiqyaslı layihələrin fonunda baş tutmasıdır”.

Qeyd edək ki, sərgi iyunun 13-ə qədər davam edəcək. Sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmiryol, nəqliyyat-loqistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir. 2019-cu ildə “TransCaspian” sərgisi “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib.

Həbib Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0