CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi məscidlərin sənədində problem var

© AFP 2024 / Sanjay KanojiaNamaz
Namaz - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Komitəsinin sədri qeyd edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar var

BAKI, 13 iyun — Sputnik. "Bu gün Bakıda təyinatı olmayan məscidlər demək olar kı, yoxdur. Bəziləri də var ki, sənədlərində müəyyən problemlər var. Çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər".

Sputnik  Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri deyib.

© Sputnik / Murad OrujovПредседатель Государственного комитета по работе с религиозными организациями Мубариз Гурбанлы
Bəzi məscidlərin sənədində problem var - Sputnik Azərbaycan
Председатель Государственного комитета по работе с религиозными организациями Мубариз Гурбанлы

O bildirib ki, Azərbaycanda insanların məscidlərdə keçirilən dini ayinlərdə iştirakı ilə bağlı monitorinq aparılır: "Aparılan monitorinqlər onu göstərir ki, Azərbaycan əhalisinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edirlər. Bakının 134 məscidində aparılan monitorinqlərin nəticələri də eyni statistikanı ortaya qoyub. Bu o demək deyil ki, ölkədə əhalinin dinə olan münasibəti fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri adətən öz evlərində həyata keçirir və onların dini ayinlərin harada icra etməsi şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tuta bilməz".

Dövlət Komitəsinin sədri qeyd edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar var: "Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namazı həyata keçirir. Elə məscidlər var ki, orada imam, onun köməkçisi, və ya mütəvəlli də var".

Xəbər lenti
0