Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 iyun — Sputnik. Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım var.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakıda keçirilən 5-ci Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin deyib.
Zenqstşmid qeyd edib ki, 2018-ci ildə ölkəyə 2,8 milyon turist gəlib: “Çin, Koreya və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Eyni zamanda Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında da kifayət qədər artım qeydə alınıb”.