Tehrana 41 il sonra baş tutan sirli səfər: İran mövqeyini dəyişə bilər

© AFP 2024 / ALI TAGHAVIПремьер-министра Японии Синдзо приветствует министр иностранных дел Ирана Мохаммад Джавад Зариф в Тегеранском аэропорту
Премьер-министра Японии Синдзо приветствует министр иностранных дел Ирана Мохаммад Джавад Зариф в Тегеранском аэропорту - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya Baş nazirinin İrana səfəri rTehran və Vaşinqton arasında münasibətlərin kəskinləşməsi fonunda baş tutur

BAKI, 12 iyun — Sputnik. Yaponiya Baş naziri Sindzo Abe bu gün Tehrana rəsmi səfərə gəlib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, o son 41 ildə ilk dəfə İrana səfər edən yapon Baş nazirdir.

Глава внешнеполитического ведомства Ирана Джавад Зариф - Sputnik Azərbaycan
İran nüvə silahı ilə bağlı bəyanat verdi

Bundan əvvəl sonuncu dəfə İrana Yaponiyanın Baş naziri Takoe Fukuda səfər etmişdi. Bu səfər 1978-ci ildə hələ şah rejimi dövründə - İslam Respublikası formalaşmasından əvvəl həyata keçmişdi. Bununla da Abe İran İslam Respublikasına səfər edən Yaponiyanın ilk Baş naziri kimi tarixə düşüb.

Dövlət kanalında yayımlanan kadrlara əsasən Abeni Mehrabad hava limanında İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad zərif şəxsən qarşılayıb. İki gün davam edəcək (12-14 iyun) səfər zamanı Yaponiyanın baş nazirinin İranın Prezidenti Həsən Ruhani və ali dini lideri Əli Xamenei ilə görüşləri nəzərdə tutulub.

Yaponiya baş nazirinin İrana səfəri rəsmi Tokionun iki tərəfdaşı, Tehran və Vaşinqton arasında münasibətlərin kəskinləşməsi fonunda baş tutur.

Qeyd edək ki, daha əvvəl Yaponiyanın "NHK" teleşirkəti Abenin səfəri öncəsi məlumat yayıb ki, Yaponiya Baş naziri və ABŞ Prezidenti Donald Tramp telefonla danışaraq Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Telefon danışığının təfərrüatları açıqlanmasa da, "NHK"-nin fikrincə Abe Trampa onun Xamenei ilə görüşünün regionda gərginliyin azalıdılmasına yardım edəcəyinə dair istəyini çatdırmaq istəyib.

Vəziyyətlə tanış olan mənbə isə "RİA Novosti"-yə bildirib ki, 41 il sonra baş tutan səfərdə əsl məqsəd Xameneini iyun ayında Osakada "İyirmiliyin" sammitinə gətirmək və orada onun ABŞ Prezidenti Donald Trampla görüşünü təşkil etməkdir. Bu arada "Fars" agentliyi məlumat yayıb ki, Abe Tehrana ABŞ və İran arasında vasitəçi missiyasını həyata keçirmək üçün gəlmir.

Троицкая башня Московского Кремля - Sputnik Azərbaycan
Kreml Yaponiya baş nazirinə xəbərdarlıq etdi

Qeyd edək ki, ötən ilin mayında Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Xəbər lenti
0