BAKI, 12 iyun — Sputnik. Quba şəhərinin baş planı təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar verib.
Qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq verilib.
Qərarla Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair "Quba şəhərinin Baş planı" təsdiq edilib.