CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada 200 milyon uşaq böyük əzabı çəkir

CC0 / jarmoluk / childAğlayan uşaq
Ağlayan uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq əməyinin istismarı hazırda müasir dünyanı narahat edən aktual problemlər sırasındadır

BAKI, 12 iyun — Sputnik. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2002-ci ildən 12 İyun gününü – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, məqsəd uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətinin artırılması, bu istiqamətdə hökumət və ictimai təşkilatların birgə səylərinin gücləndirilməsidir.

Qəzəbli müəllim - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəb problemlərinin kökü - Qışqıraraq uşaq psixologiyasına təsir etmək cəhdi

Aparılan araşdırmalar dünyada işləyən uşaqların sayının 200 milyondan çox olduğunu, hətta onların bir hissəsinin həyat üçün təhlükəli şəraitdə işlədiyini göstərib. Uşaqların əməyinin istismarı onları təhsildən məhrum edir, sağlamlıqlarını zərbə altında qoyur, gələcək inkişafına ciddi mane olur. Ona görə də, uşaq əməyinin istismarı hazırda müasir dünyanı narahat edən aktual problemlər sırasındadır.

Ölkəmiz BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyaları əsasında təkmilləşdirilib.

Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsini qadağan edir. Ölkəmizin Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub.

Xəbər lenti
0