Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan dünyanın ən uzun dəmiryol xəttinə qoşulacaq

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidПервый вице-президент ОАО "Российские железные дороги" Александр Мишарин
Первый вице-президент ОАО Российские железные дороги Александр Мишарин - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə artıq reallaşdırılır və Azərbaycan-Gürcüstan-Türkiyə arasında razılığa əsasən həyata keçirilir

BAKI, 12 iyun — Sputnik. Rusiya Trans-Sibir dəmiryol xətti ilə yük axınının, o cümlədən konteyner daşımalarının bir hissəsini Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə Avropaya çatdırmağı planlaşdırır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Dəmir Yolları ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin RİA Novosti-yə müsahibəsində deyib.

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası  - Sputnik Azərbaycan
Dəmir yolu xətti ətrafında yerləşən torpaqlarla bağlı yeni qərar verildi

"Layihə artıq reallaşdırılır. O, Azərbaycan-Gürcüstan-Türkiyə arasında razılığa əsasən həyata keçirilir. Söhbət iki ox eni (1435 və 1520 mm) olan dəmir yolu xəttinin tikintisindən gedir. Bu bizə imkan verəcək ki, Trans-Sibir dəmir yol xətti ilə yük axınının, o cümlədən konteyner daşımalarının bir hissəsini Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə Avropaya çatdıraq", - A. Mişarin deyib.

Rusiya Dəmir Yolları ASC-nin bu layihədə necə iştirak edəcəyi sualına cavab verərkən Mişarin deyib ki, "RJD Loqistika"nın birgə müəssisəsinin yaradılması üçün hazırlıqlar gedir.

Onun sözlərinə görə, daşımaların təşkili üçün Türkiyə və Rusiya tərəfindən müəssisə yaradılacaq.

Trans-Sibir dəmir yol xətti Avrasiya ərazisindən keçməklə paytaxt Moskvanı şərqi Sibirin və Uzaq Şərqin böyük sənaye şəhərləri ilə birləşdirir.

Dünyanın ən uzun magistral xətti olan Trans-Sibir dəmiryolunun uzunluğu 9288,2 kilometrdir.

Xəbər lenti
0