CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki məhdudiyyətdən musiqi ilə qurtulan gənc müğənni

Abunə olmaq
Aysel Əlizadə doğuşdan görmə məhdudiyyəti ilə yaşamağa məcbur qalıb. Amma Aysel həyat eşqindən vaz keçməyib və özünü ifadəni musiqidə tapıb. Gənc istedadın ürəkləri oxşayan ifasını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Aysel Əlizadə görmə qabiliyyəti məhdud olan valideynlərin qızıdır. Uşaqlıqdan o da eyni çətinlikdən əziyyət çəkib. Bir neçə əməliyyatdan sonra 10 faizədək görmə qabiliyyəti yaranmasına baxmayaraq, tam sağalmaq ehtimalı yox dərəcəsində sayılır.

Buna baxmayaraq, Aysel özünü musiqidə tapıb. Uşaq mahnılarını oxuyaraq böyüyən gənc musiqiçi, daha sonra özünü klassik vokalda tapıb.

Aysel gözdən əlil uşaqlar üçün 38 saylı musiqi məktəbində 11 il təhsil alıb. Eyni məktəbdə musiqi müəllimi kimi çalışan İlqar Əhmədov Ayselin istedadından ağız dolusu danışıb, onun digər fiziki məhdudiyyətləri olan uşaqlar üçün ilham mənbəyi olacağına inandığını bildirib.

Qeyd edək ki, Aysel hal-hazırda Azərbaycan Milli Konservatoriyasının “Milli vokal” ixtisası üzrə ikinci kurs tələbəsidir. 2008-ci ildə Türkiyədə “Gülen çocuk” festivalının laureatı olub.

Xəbər lenti
0