Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Bura dəlixanadır" - Bakıda xəstəxanada övladı dünyasını dəyişən ata

© Sputnik / Murad OrujovНовое оснащение скорой помощи
Новое оснащение скорой помощи  - Sputnik Azərbaycan
Abunə olmaq
Tut ağacından yıxılan azyaşlı dünyasını dəyişdi

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. İyunun 5-də tut ağacından yıxılan 11 yaşlı Sənan Əliyev bu gün dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a uşağın atası Elman Əliyev məlumat verib. Ata iddia edir ki, oğlunun yatdığı xəstəxanada çalışan həkim onun ölümündə günahkardır: "Hər şey Sabunçu xəstəxanasında işləyən İmdad həkimin növbəsində baş verdi. Bura dəlixanadır. Yalnız bir süni nəfəs aparatı ilə bütün xəstələrə yardım etməyə çalışırlar. Belə olmaz axı. Uşaq xəstəxanaya yatırıldığı günün gecəsində onu süni nəfəs aparatından ayırmrasaydılar, bu hadisələr baş verməyəcəkdi. Hər şey İmdad adlı həkimin səhlənkarlığından baş verdi".

Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu ərazisində baş vermişdi. 3 metr hündürlükdən kürəyi üstdə yıxılan azyaşlı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlər isə ona kəllə-beyin travması diaqnozu qoymuşdular. Sənan Əliyevin yaxınları Sputnik Azərbaycan-a açıqlamada onun xəstəxanaya yerləşdirildiyi ilk gündə huşunun yerində olduğunu, hətta növbəti gündə palataya köçəcəyi ilə bağlı verilən vədlərlə ümidləndiklərini bildiriblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölüm işi ilə əlaqədar istintaq başlanılıb. Əgər ölüm hadisəsində həkim səhlənkarlığı təsdiqini taparsa, buna hüquqi müstəvidə qiymət veriləcək.

Xəbər lenti
0