CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yayda içməli suyun tərkibinə nəzarət artırılır

© pixabay / com77380Питьевая вода, фото из архива
Питьевая вода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbrayıllı: "İçməli su ilə bağlı çirklənmə mənbəyi yoxdur"

BAKI, 11 iyun — Sputnik. Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman əmirliyində yerləşən “Horizon Towers” yaşayış komplekslərinin 200-ə yaxın sakini keyfiyyətsiz içməli sudan zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, əmirlik xəstəxanalarına ümumilikdə 190 nəfərə yaxın sakin müraciət edib və onlardan yeddi nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hazırda onların vəziyyəti sabitdir. Əcmanın kommunal xidmətləri yaşayış kompleksini su ilə təmin edən bütün boru və anbarlarda yoxlama işləri aparır və içməli suyu dezinfeksiya edirlər.

Qeyd edək ki, isti havalarda icməli sudan zəhərlənmə hallarının baş verməməsi üçün suyun keyfiyyətinə nəzarət daha da artırılır. Bəs görəsən Azərbaycanda necə, içməli suya nəzarət isti havalarda necə aparılır?

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki,  suyun keyfiyyətinə daim nəzarət olunur və diqqətdə saxlanılır. Bütün mənbələrdən götürülən su, emal olunan, anbarlaşdıran sularda yoxlama aparılır. Suyun keyfiyyəti mənbədən başlayaraq istehlakçıya qədər öyrənilir. İl ərzində "Azərsu" ASC-nin mərkəzi laboratoriyasdında 20 mindən çox su nümunəsində yoxlama aparılır. Eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirir. Bu qurum il ərzində mindən çox nöqtədən su nümunəsini götürüb yoxlayır. İndiyə qədər heç bir kənarlaşma qeydə alınmayıb.  İlin bütün fəsillərində, eləcə sə yayda  suyun tərkibinə ciddi nəzarət olunur. İçməli su ilə bağlı çirklənmə mənbəyi yoxdur. İnsanlar istər Bakı, istərsə də regionlarda içməli su ilə təmin olunurlar. 

Xəbər lenti
0