CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakı Metropoliteni" sərnişinlərinə şad xəbər

© Sputnik / Anar MustafayevЭскалатор на станции Эльмляр Академиясы Бакинского метрополитена
Эскалатор на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qatarlarda hər vaqonun özünün mühərriki var

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə yeni qatarlar gətirilib. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, Rusiyadan alınan daha 2 qatar bu gündən depoya daxil olub: "Yeni qatarlarla sınaq işlərinə başlanılacaq. Bundan sonra isə istismar müddətini başa vuran iki qatar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək. Bu proses bir ayadək davam edəcək. Böyük ehtimalla yeni qatarlar gələn aydan xəttə buraxılacaq".

"Digər yeni qatarlarda olduğu kimi xəttə buraxılacaq 2 qatarda da kondisioner sistemi olacaq. Havanın temperaturu nəzarətdə saxlanılacaq, kondisioner sistemi daim fəaliyyətdə olacaq. Bundan başqa, gətirilən yeni qatarlarda sərnişin üçün böyük əhəmiyyət daşımayan bir sıra texniki yeniliklər də mövcuddur. Bakı metrosunun relyefi, profili tamamilə fərqlidir, yəni bu xətdə eniş, yoxuşlar çoxdur. Bu səbəbdən də bizim tələbimizə uyğun olaraq gətirilən yeni qatarlarda hər vaqonun özünün mühərriki var. Bu da digər qatarlarla müqayisədə bir üstünlükdür. Adətən digər qatarlarda yalnız iki vaqonda mühərrik olurdu" - deyə mətbuat katibi əlavə edib.

O bundan başqa yeni qatarların işıqlanma sistemi, elektron təchizatının tamamilə fərqli olduğunu vurğulayıb.

Qeyd edək ki, yeni qatarlar da Rusiyanın "Metrovaqonmaş" şirkətinin istehsalıdır.

 

Xəbər lenti
0