BAKI, 11 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezident Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə üçüncü mümkün zirvə toplantısına hazırdır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin məsləhətçisi Con Bolton deyib.
Maliyyə menecerlərinin forumunda çıxış edən Bolton deyib ki, üçüncü sammit "olduqca mümkündür".
"KXDR hazır olanda ABŞ-da hazır olacaq", - deyə o bildirib.
Tramp əvvəllər Kim Çen In ilə Sinqapurda və Hanoyda görüşüb.