BAKI, 10 iyun — Sputnik. Yunanıstanda Türkiyə diplomatlarına məxsus avtomobillər yandırılıb.
Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Yunanıstanın ikinci böyük şəhəri olan Selanikdə Türkiyə diplomatlarına aid olan 2 nəqliyyat vasitəsi naməlum şəxslər tərəfindən yandırılıb.
Hadisə səhər tezdən baş verib. 10 dəqiqə ara ilə avtomobillərin üzərinə benzin tökülərək ayrı-ayrı yerlərdə yandırılıb. Nəticədə avtomobillər tamamilə yanıb.
Hadisə ilə bağlı cinayət işi başlayıb.
Qeyd edək ki, Yunanıstanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb və baş verənləri qınayıb.