Qazaxıstan özünə yeni prezident seçdi

© REUTERS / PAVEL MIKHEYEVПрезидентские выборы в Казахстане
Президентские выборы в Казахстане - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə seçkilərdə 9 milyondan çox qazaxıstanlı iştirak edib

BAKI, 10 iyun — Sputnik. Qazaxıstan Prezidentinin səlahiyyətlərini icra edən Kasım-Comart Tokayev ötən gün Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə görə liderlik edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Konstantin Petrov seçkilərin ilkin nəticələrini açıqlayarkən qeyd edib.

Yanacaqdoldurma - Sputnik Azərbaycan
Qazaxıstan şirkəti ermənilərə benzin satacaq

Onun sözlərinə görə, Kasım-Comart Tokayev seçkilərdə seçicilərin 70,76%-nin səsini toplayıb.

Qeyd edək ki, Qazaxıstanda növbədənkənar seçkilərdə seçici fəallığı 77,4% olub. Ümumilikdə seçkilərdə 9 milyondan çox qazaxıstanlı iştirak edib.

Seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra Kasım-Comart Tokayev ona səs verən vətəndaşlara təşəkkür edib.

Xatırladaq ki, Nursultan Nazarbayev 1990-cı ildən etibarən təxminən 30 il Qazaxıstanın prezidenti vəzifəsində olub. O, bu il martın 20-də öz vəzifəsindən ayrıldığını açıqlayıb. O, istefa qərarını dövlətin sabitliyi, gələcək və son 30 ildə həyata keçirdiyi siyasətin davamlılığı naminə qəbul etdiyini bildirib.

Nazarbayev bu addımının hakimiyyətin ötürülməsi məsələsini necə həll etməyin nümunəsi olduğunu deyib.

Xəbər lenti
0