SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: “Azərbaycan-Rusiya əlaqələrinin əsasında qarşılıqlı anlaşma dayanır”

© Sputnik / Murad OrujovЧрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Михаил Николаевич Бочарников
Чрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Михаил Николаевич Бочарников - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Bakıdakı səfiri Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun qarşılıqlı anlaşma şəraitində qurulduğunu bildirib

BAKI, 10 iyun — Sputnik. Bakı və Moskva arasında əlaqələr qarşılıqlı anlaşma əsasında, o cümlədən, nazirlər və ekspertlər səviyyəsində inkişaf etməkdə davam edir. Bunu Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında deyib.

© Sputnik / Murad OrujovRusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun bu gün keçirdiyi mətbuat konfransı
Səfir: “Azərbaycan-Rusiya əlaqələrinin əsasında qarşılıqlı anlaşma dayanır” - Sputnik Azərbaycan
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun bu gün keçirdiyi mətbuat konfransı

"Siyasət sahəsində də bizim dialoqumuz prezidentlərin müəyyənləşdirdiyi istiqamətdə qarşılıqlı anlaşma əsasında inkişafını davam etdirir. Bu müddət ərzində artıq Pekində iki ölkə prezidentinin görüşü olub və əminəm ki, ilin sonuna qədər yenə də olacaq" - diplomat deyib.

Səfirin sözlərinə görə, ölkələrimiz arasında XİN və digər nazirliklərin rəhbərliyi və ekspertlər səviyyəsində əlaqələr mövcuddur. Bu, gündəlik işdir və uğurla davam edir.

"Bizim üçün ticarət göstəriciləri əsasdır. Əgər yanvar-mart ayları üzrə statistikanı götürsək, bizim ticarət dövriyyəmiz yarım milyard dolları aşıb. Müqayisə üçün deyək ki, 2018-ci ildə ticarət dövriyyəsinin həcmi 2.4 milyard dollar olub. Göründüyü kimi 13% artım var. Rusiyanın yanvar-mart ayları üzrə statistikasına görə, bu dövriyyənin həcmi yarım milyard dollardır və artım 10%-dir. Azərbaycanın da 4 aylıq statistikasına əsasən ticarət dövriyyəsi 800 milyon dollardan artıqdır və 22% artım müşahidə edilir. Bu, çox müsbət bir təzahürdür" – Boçarnikov əlavə edib.

Diplomat onu da vurğulayıb ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsi qeyri-neft sektoru üzərində qurulub və burada mineral xammalların payı nəzərəçarpacaq dərəcədə deyil. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanın ticarət əlaqələrinin mövcud olduğu əsas sahələr kənd təsərrüfatı və maşınqayırmadır.

Xəbər lenti
0