Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər seksin necə yarandığını müəyyən edib

CC0 / Free-Photos / BedПостель, фото из архива
Постель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl Ohayo universitetinin alimləri intim həyatı məhv edən seks haqqında mifləri müəyyən etmişdi

 

BAKI, 9 iyun — Sputnik. Çoxhüceyrəli orqanizmlər infeksion xərçəng hüceyrələri yayıldığına görə cinsiyyətsiz artımdan seksin xeyrinə imtina edibrlər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu nəzəriyyə Fransanın Monpelye Universitetinin alimləri tərəfindən irəli sürülüb.

Elm adamları bu fikrə Tasmaniya ilbizlərinin üzündə olan şişləri araşdırarkən gəlib. Belə ki, son illər bu heyvanlarda onkoloji xəstəliklər geniş yayılıb. Bu da bu heyvan növünün sayının 20 faizə qədər azalmasına səbəb olub.

Alimlər müəyyən edib ki, bənzər genləri olan heyvanlarda bədxassəli hüceyrələr tez yayılır və nəticədə populyasiyanın azalmasına səbəb olur.

Təkamülçülərin fikrincə, bu vəziyyəti cinsiyyətsiz yolla artan ilk çoxhüceyrəlilərə aid etmək olar.

Onların fikrincə, qədimdə çoxhüceyrəli orqanizmlər gələcəkdə xərçəngdən qorunmaq üçün genlərin mübadiləsi məqsədilə cinsiyyətsiz artımdan seksə keçib.

Xatırladaq ki, daha əvvəl Ohayo universitetinin alimləri intim həyatı məhv edən seks haqqında mifləri müəyyən etmişdi.

Xəbər lenti
0