SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstanda prezident seçkilərinin qalibi məlum oldu

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidKazakhstan Presidential Election
Kazakhstan Presidential Election - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanda prezident postu uörunda mübarizədə ilk "üçlük" məlum olub

BAKI, 9 iyun — Sputnik. Qazaxıstanda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 69,94% səslə liderdir.

Sputnik Qazaxıstan xəbər verir ki, bu məlumatı “Gənclik” elmi-tədqiqat mərkəzi apardığı exit-pollun nəticələrinə uyğun olaraq elan edib.

Bu nəticələrə əsasən, seçkilərdə ikinci yerdə 14,96% səslə Amirjan Kosanov, üçüncü yerdə isə 4,78 faiz səslə Daniya Espayeva qərarlaşıb.

“İctimai rəy” institutunun elan etdiyi exit-poll nəticələri isə Tokayevin 70,13% səslə seçkilərdə qələbə qazandığını göstərir.

Prezident postu uğrunda 7 nəfər mübarizə aparır.

Xəbər lenti
0