CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz sızmasından partlayış baş verdi: ana və oğlu xəsarət aldı

© Sputnik / Rahim MuradovLənkəranın Girdəni kəndində partlayış baş verən ev
Lənkəranın Girdəni kəndində partlayış baş verən ev - Sputnik Azərbaycan
Abunə olmaq
Xoşbəxtlikdən otağın pəncərələri açıq olub və partlayışın miqyası və fəsadları böyük olmayıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 iyun - Sputnik. Lənkəranda qaz sızmasından partlayış baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə əsasən, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

© Sputnik / Rahim MuradovLənkəranın Girdəni kəndi
Qaz sızmasından partlayış baş verdi: ana və oğlu xəsarət aldı - Sputnik Azərbaycan
Lənkəranın Girdəni kəndi

1979-cu il təvəllüdlü Girdəni kənd sakini Hədiyyə Salman qızı Hadıyevanın yaşadığı evdə mebellərini yerini dəyişdirildikdən sonra qaz sobasının açarı açıq qalıb. H.Hadıyeva yeməyi qızdırmaq istəyərkən qaz sobasını alışdıran zaman anidən partlayış  baş verib, nətcədə o və yaxınlığındakı oğlu, 2010-cu il təvəllüdlü Yusif Anar oğlu Hadıyev yanıq xəsarətləri alıblar. Partlayış zamanı oğlunu yanğından qorumaq istəyən Hədiyyə Hadıyeva özünü övladının üzərinə atıb.

© Sputnik / Rahim MuradovLənkəranın Girdəni kəndində baş verən partlayışda zədələnən Yusif Hadıyev
Qaz sızmasından partlayış baş verdi: ana və oğlu xəsarət aldı - Sputnik Azərbaycan
Lənkəranın Girdəni kəndində baş verən partlayışda zədələnən Yusif Hadıyev

Xoşbəxtlikdən otağın pəncərələri açıq olub və partlayışın miqyası və fəsadları böyük olmayıb. Xəsarət alan ana və oğlu isə yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 3-cü dərəcəli yanıq xəsarətləri alan H.Hadıyeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, 2-ci dərəcəli yanıq xəsarətləri alan Y.Hadıyevə isə ilkin tibbi yardım göstərilib və o evə buralıxılıb.

Xəbər lenti
0