Suriyada Rusiya hərbçilərinə hücum olub

© AFP 2024 / ANDREI BORODULINSuriyada Rusiya hərbçiləri
Suriyada Rusiya hərbçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya cavab olaraq terrorçular olduğu bölgəyə aviazərbə endirib

BAKI, 8 iyun — Sputnik. Rusiya hərbçiləri Suriyanın Hama vilayətində Tal-Salbe hərbi bazasından geri çəkilməyə məcbur olublar. Sputnik Azərbaycan "Al-Masdar News"-a istinadən xəbər verir ki, rus hərbçilərinin geri çəkilməsinə səbəb "Hayat Tahrir-aş-Şam" qruplaşmasının rus hərbçilərinin mövqeyinə artilleriya atəşinə tutmasıdır.

Nəşr yazır ki, terrorçular rus hərbçiləri Suriya hökumət qüvvələrinə əks hücum etdikdən sonra atəşə tutublar. Buna cavab olaraq Rusiya aviasiyası terrorçular olduğu bölgəyə aviazərbələr endirib. Nəticədə Tal-Salbeyə artilleriya atəşi kəsilib.

"Al-Masdar News" eyni zamanda qeyd edir ki, qonşu Mharde və Əl-Skeylabiya yaşayış məntəqələrində xeyli sayda rus hərbçiləri var və bu yerlərdə minlərlə dinc sakinin yaşadığı nəzərə alınsa, onlar çətin ki bu mövqedən çəkilsinlər.

Xəbər lenti
0