Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir gündə bir neçə zəlzələ nəyin anonsudur - Narahat olmağa dəyər?

© Sputnik / Ramil IbrahimovZəlzələ
Zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Yetirmişli: "Bu dəqiqə demək olmaz ki, bölgədə zəlzələyə ciddi hazırlıq gedir və katastrofik zəlzələ baş verəcək"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Azərbaycanda bir gündə bir neçə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dünən Xəzər dənizində baş verən zəlzələlərin ən təsirlisi 4,8 bal gücündə olub. Bir gündə bir neçə zəlzələnin baş verməsi əhali arasında zəlzələ xofunu artırır. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son iki gündə respublika ərazisində baş verən zəlzələlərin maqnitudası çox kiçik olduğundan narahatlığa əsas yoxdur:

İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
HADİSƏ
İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

"Beynəlxalq sazişlərə əsasən, maqnitudası 3 və 3-dən çox olan bütün zəlzələlər barədə məlumatlar həm müvafiq beynəlxalq qurumların, həm də RSXM-nin saytında yerləşdirilməlidir. Ona görə də, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər hiss olunmasa da sayta yerləşdirilir. Azərbaycanda belə təkanlar demək olar ki, hər gün qeydə alınır. Səbəb də odur ki, Azərbaycan seysmik zonada yerləşir. Elə gün olunmur ki, bizdə kiçik təkanlar qeydə alınmasın. Biz onlar barədə elmi-tədqiqat işləri aparırıq. O ki, qaldı Xəzərdə bir gündə iki zəlzələnin baş verməsinə, bunu da adi bir hal kimi qəbul etmək lazımdır".

Q. Yetirmişli bildirirb ki, bu gün sutka ərzində 25, ötən gün isə 27 zəif zəlzələ qeydə alınıb: "Amma bu o demək deyil ki, bu ardı-arda baş verən kiçik təkanlar maqnitudası böyük zəlzələnin baş verəcəyindən xəbər verir. Azərbaycan hüdudlarında baş verən zəlzələlər arasında hiss olunanları da olacaq, hiss olunmayanları da. Zəlzələ elə prosesdir ki, onun qısa proqnozunu vermək mümkün deyil. Bu dəqiqə demək olmaz ki, bölgədə zəlzələyə ciddi hazırlıq gedir və katastrofik zəlzələ baş verəcək. Fon səviyyəsində olan bu təkanların baş verməsi normaldır və qorxusu da yoxdur" - deyə Q. Yetirmişli bildirib.

Xəbər lenti
0