BAKI, 8 iyun — Sputnik. ABŞ-da qızılca epidemiyası geniş vüsət alıb. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 26 ştatında yayılan epidemiyaya son 5 ayda min nəfərdən çox insan yoluxub.
Bu da, son 27 ildə ən böyük rəqəmdir. ABŞ-ın Xəstəliyə Nəzarət və Önləmə Mərkəzi Nyu-Yorkda xəstəliyə bu il yoluxanların sayının minə çatdığını bəyan edib. Xatırladaq ki, ABŞ 2000-ci ildə qızılca xəstəliyinin tamamilə aradan qaldırıldığını açıqlamışdı. Lakin xəstəlik bu il yenidən yayılmağa başlayıb. Xüsusilə, yəhudilərin kompakt yaşadığı bölgələrdə geniş yayılan xəstəlik səbəbilə fövqəladə vəziyyət elan edilib.
Bu aydan Nyu-York şəhərində fövqəladə sağlamlıq vəziyyəti elan edilib.