BAKI, 8 iyun — Sputnik. İyul ayında 2019-cu ilin 2-ci tam Günəş tutulması baş verəcək.
Bu barədə Sputnik Azərbaycan-a Şamaxı Rəsədxanasından məlumat verilib. Qeyd edilib ki, ilin ilk Günəş tutulması yanvarın 6-da baş vermişdi.
İkinci tutulma isə iyulun 2-dən 3 –nə keçən gecə baş verəcək. Tutulma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq və 01:02-də başa çatacaq.
Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Tam tutulma Çili, Argentina Və Sakit oken cənubundan daha aydın görünəcək.
Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq. Xatırladaq ki, üçüncü tutulma dekabrın 26-da baş verəcək.