Etiraz aksiyasında iştirak: 13 yaşında tutuldu, indi edam ediləcək

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 18 yaşı olan gəncə qarşı ağlasığmaz ittihamlar irəli sürülüb

BAKI, 8 iyun — Sputnik. Səudiyyə Ərəbistanı hökumətinin  13 yaşında “üsyana təşviq və terror” ittihamı ilə həbs etdiyi Murtaza Qureirisi edam etməyə hazırlaşması haqqında iddialar yayılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, CNN-ə yaxın mənbələr5 ildir Səudiyyə həbsxanasında saxlanılan Qureirisin edam edilməsinin gözlənildiyini bildiriblər.

İrana məxsus neft tankeri - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanından İrana qarşı xoşməramlı jest

Mediada yayılan xəbərlərdə qeyd olunur ki, Qureiris 10 yaşında olarkən qardaşı “Ərəb baharı” çərçivəsində keçirilən mitinqlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Qureirisi baş vermiş hadisəyə etiraz etmək üçün aksiyalarda iştirak edib. O, 3 il sonra ailəsi ilə Bəhreynə gedərkən Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Murtaza Qureirisə qarşı polis idarəsinə “Molotov kokteyli” atmaq, terror təşkilatına üzv olmaq və xalqı üsyana təşviq etmək cinayətlərində ittiham edilir. Hazırda 18 yaşı olan və 5 illik həbs müddətinin 2 ilini hücrə tipli həbsxanada keçirən Qureiris, ona qarşı yönəlmiş iddiaları rədd edib.

Qureirisin 2011-ci ildə iştirak etdiyi  etiraz aksiyalarının digər iştirakçısı Məhəmməd Daman CNN-ə verdiyi məlumatda bildirib ki, onların iştirak etdiyi aksiyalarda etirazçılar tərəfindən zorakılıq törədilməyib və Səudiyyə hökuməti aksiyaların terror fəaliyyəti olması iddiaları ilə müxalif fikirli insanları yox etmək istəyir.

Xəbər lenti
0